Bakının Səbail rayonunda “Niva” markalı avtomobilin yük yerində ov tüfəngi aşkar olunub. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini O.Nağıyevə məxsus avtomobilin yük yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “Ata-Arms” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.