Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 26-da Binə qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.