Bakıda oğurluğa görə saxlanılan şəxsin üzərində narkotik aşkarlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 28 fevral tarixində xəbər verir.
12 fevral tarixində paytaxtın Nizami rayonunda evlərin birindən 1910 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qocayev saxlanılıb.
Nizami rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən Zərdab rayon sakini F.Vəliyev də saxlanılaraq istintaqa cəlb edilib.
Hər iki şəxsin üzərinə baxış zamanı metamfetamin aşkar edilərək götürülüb.