Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 12 may tarixində xəbər verir.
Paytaxtın Səbail rayonu ərazisində evlərin birindən 600 manat pul, mobil telefon, geyim və gümüş əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakinləri S.Abdulov və T.Məmmədov saxlanılıblar.
İstintaq tədbirləri davam edir.