Oktyabrın 22-si Bakıda hoteldə meyit aşkar olunub.
Oxu.Az istinadən 55 yaşlı Kamandar Quliyevin meyiti “Gm City Hotel”də tapılıb. Onun meyiti otelin mühafizəçisi aşkar edib. Müayinə zamanı onun üzərində zorakılıq əlamətləri olmayıb. Hansı səbəbdən dünyasını dəyişib məlum deyil.
Faktla bağlı araşdırma davam edir.