Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 7 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov qəsəbə ərazisində yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı vasitələrin satışı ilə məşğul olurdular.
Şübhəli şəxslər məsuliyyətə cəlb olunub.