Bakıda piyada iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az “Report”a istinadə xəbər verir.
Yasamal rayonunda 66 yaşlı Sədət Mustafayevanı “Chevrolet” markalı avtomobil vurub. O, qapalı kəllə-beyin travması alıb və burnu sınıb. O, xəstəxanaya çatdırılıb.
Xəzər rayonu, Mərdəkan qəsəbəsində isə 26 yaşlı Sənan Yaqubovu avtomobil vurub. O da kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Daha bir qəzanı Bakuplus.az APA-ya istinadən xəbər verir. Nizami rayonu, Qara Qarayev prospektində 24 yaşlı Kamran Qasımov motosiklet ilə yolu keçən 25 yaşlı Zamiq Nəbiyevi vurub. Hər iki iştirakçı müxtəlif xəsarətlər ilə xəstəxanaya yerləşdirilib.