Bakıda yol-nəqliyyat hadisələri nəticəsində bir azyaşlı uşaq və 40 yaşlı kişi xəsarət alıb. Bu haqda Report 12 noyabr tarixində xəbər verib.
Paytaxtın Nəsimi rayonunda 8 yaşlı Mehdi Quluzadə yolu keçərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Nizami rayonu Babək prospektində yolu keçən 40 yaşlı Nəsimi Aslanovu avtomobil vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.
Yaralı reanimasiyaya yerləşdirilib.
Hadisələrin təfərrüatları araşdırılır.