Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 25 fevral tarixində Report məlumat verib.
Yasamal rayonunda avtomobil yolu keçən 58 yaşlı Natiqə Ağayevanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Nizami rayonunda 65 yaşlı Tofiq Abbasovu yolu keçən zaman avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 23 yaşlı Aytən İbrahimovanı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hər üç hadisənin təfərrüatı araşdırılır.