Bakıda piyadanı vuran sürücü hadisə yerindən yayınmaq istəyərkən yenidən qəza törədib. Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bu haqda Report 17 dekabr tarixində xəbər verib.
“Azadlıq” metrostansiyasının yaxınlığında "Ravon" markalı avtomobilin sürücüsü piyada keçidində 22 yaşlı Sevinc Məmmədovanı vurub. Daha sonra hadisə yerindən uzaqlaşmaq istəyən sürücü digər avtomobillə toqquşub.
Xəstəxanaya yerləşdirilən yaralıya isə qapalı kəllə-beyin travması və körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisəni törədən sürücü saxlanılıb. Fakt araşdırılır.