Bakının mərkəzində “Prius” səkiyə çıxıb. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə paytaxtın Yasamal rayonunun Mirzəağa Əliyev küçəsində baş verib. “Prius” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə yol kənarındakı dirəyə, daha sonra isə “Qış parkı”nda yerləşən yeraltı keçidin tininə çarpılıb. Avtomobildə olan 3 müştəri və sürücü xəsarət almayıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.
[caption id="attachment_94859" align="alignnone" width="640"]
Foto report.az[/caption]