Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda kişi meyiti tapılıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Qəbiristanlıqda fəhlə kimi işləyən 44 yaşlı Əbdül Xəlilovun ağacdan asılmış meyiti aşkar edilib. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırmaya başlanılıb.