Bakıda uşağı avtomobil vurub. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bu haqda APA 14 yanvar tarixində xəbər verib.
Rayonun Şirin Mirzəyev küçəsində anası ilə xəstəxanaya müayinə üçün gedən 6 yaşlı Əli Həşimovun, anasının əlini buraxaraq qəfil yola çıxması nəticəsində onu avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.