Bakının Səbail rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Apa.az-a istinadən xəbər verir.
Hadisə Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. 62 yaşlı Təranə Hüseynova dayanacaqda “BakuBus” MMC-yə məxsus avtobusa minmək istəyən zaman qapılar bağlanıb. Bu zaman sərnişin avtobusun təkərləri altında qalıb. Sürücü dərhal əraziyə təcili yardım əməkdaşlarını çağırıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.