Bakıda ərini boğan arvada qarşı hökm oxunub. Bu haqda 23 oktyabr tarixində Report xəbər verib.
May ayında 69 yaşlı Rəşid Axundovun meyiti kirayədə yaşadığı evində tapılıb. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində onun ölümündə şübhəli bilinən arvadı İnnesa İsmayılova saxalnılıb. Məlum olub ki, şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb, ərinin sərxoş vəziyyətindən istifadə edərək onu itələyərək yerə yıxıb, sonra isə boğazında olan gümüş boyunbağı ilə boqaraq öldürüb.
Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə barəsində məhkəmənin qərarı ilə İnnesa İsmayılovaya həbs qətimkan tədbiri seçilib. İşi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.