Paytaxtın Nizami rayonunda 32 yaşlı qadın itkin düşüb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
NZS qəsəbəsində yaşayan Xəyalə Şamilova həyat yoldaşı ilə mübahisə edib. Daha sonra o, özünü dənizə ataraq intihar edəcəyi məzmunda məktub yazıb və evdən çıxaraq naməlum istiqamətdə gedib.
Hazırda qadının axtarışları aparılır.