Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlanıb. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.