Yasamal rayonunda qadından quldurluq yolu ilə pul oğurlanıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, martın 14-də paytaxt sakini olan bir qadının içərisində 4800 manatı və sənədi olan pulqabısı quldurluq yolu ilə talanıb.
Keçirilən tədbirlər nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Comərd Həmzəyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.