Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.
Report-dan verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Almaz Əliyeva idarə etdiyi “Toyota RAV 4” markalı avtomobillə 61 yaşlı Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanılıb.