Bakıda kişi qızlarına işgəncə verir. Bu haqda 11 iyun tarixində Oxu.az məlumat verib.
Xəzər rayonu, Binə qəsəbə sakini olan 32 yaşlı ana polisə müraciət edərək bildirib ki, həyat yoldaşı 41 yaşlı T.Rüstəmov birgə nikahlarından doğulan 12 və 14 yaşlı qızlarını mütəmadi olaraq döyür, onlara fiziki və mənəvi işgəncə verir.
Qadının müraciəti nəzarətə götürülüb və faktla bağlı müvafiq araşdırmalar aparılır.