Bakıda qadın xəstəxananın qarşısında tanımadığı şəxs tərəfindən döyülüb. Bu haqda məlumatı Bakuplus.az bu gün, 24 fevral tarixində Lent.az-a istinadən verir.
Hadisə Yasamal rayonunda yerləşən Respublika Klinik Xəstəxanasının qarşısında qeydə alınıb. 44 yaşlı Pərvanə Məmmədova polisə müraciət edərək tanımadığı mühafizəçinin onu döydüyünü bildirib.
Daxil olan şikayət əsasında Yasamal polisi araşdırmalara başlayıb.