Bakının Nizami rayonunda qadına qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, hadisə yanvarın 5-də baş verib. Naməlum kişi Bakı şəhər sakini olan bir qadının içərisində pul, bank kartları və açarlar olan çantasını soyğunçuluq yolu ilə talayıb.
Keçirilən tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.