Bakının Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulu və mobil telefonu oğurlanıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.
Araşdırma zamanı onun “İnşaatçılar” metro stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub. Araşdırma davam edir.