Paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində qadın iş yerində ölüb. Bu haqda bu gün, 8 yanvar tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
7 yanvarda “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda 51 yaşlı Mətanət Həsənova xəmir qarışdıran qurğunun altını təmizləyən zaman, digər işçi həmin aparatı işə salıb. Nəticədə xanımın qolu qarışdırıcının arasında qalıb, və o, ölümcül xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb.