Paytaxt ərazisində avtobus tüstülənib. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Bu haqda 9 dekabr tarixində Avtosfer.az xəbər verib.
Saat 14:00 radələrində 149 saylı marşrut xətti ilə hərəkət edən "99-UF-182" nömrəli avtobusun tüstülənməsi səbəbindən sərnişinlər nəqliyyat vasitəsini dayandırmağı tələb ediblər.
Sürücü isə əhəmiyyət verməyərək getdiyi istiqamətdə yoluna davam edib.