Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“BakuBus”ın M8 nömrəli avtobusu paytaxtın Sabunçu rayonu - Şəhər şosesində hərəkətdə olan zaman 45-50 yaşlarında olan kişinin halı qəfil pisləşib. Nəticədə o, avtobusun içərisində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.