Paytaxtın Sabunçu rayonunda sərxoş kişi adam bıçaqlayıb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
37 yaşlı Eldar Xurşudov sərxoş vəziyyətdə olan zaman aralarında yaranmış münaqişə zamanı qonşusu, 43 yaşlı Vəfadar Əzizovu bıçaqlayıb.
Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.