Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 19 may tarixində xəbər verir.
May ayının 9-da Nizami rayonunda paytaxt sakini Ü.Paşayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev polis tərəfindən saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 465 manat, 500 avro və 100 ABŞ dolları oğurlaması da müəyyən olunub.
İstintaq tədbirləri davam edir.