Bakının Suraxanı rayonunda qonşular arasında bıçaqlanma baş verib. Bu haqda bu gün, 14 iyun tarixində APA-ya istinadən Bakuplus.az məlumat verir.
Elçin Məmmədov küçəsi, ev 5, mənzil 72 ünvanında yaşayan 43 yaşlı Fərəc Ələkbərzadənin mənzilində olan soyuducudan aşağı mərtəbədə yaşayan şəxsin mənzilinə su damıb.
Bununla bağlı qonşu Ələkbərzadəyə iradını bildirib. Kişilər arasında əlbəyaxa dava düşüb, nəticədə Ələkbərzadə bıçaqlanıb.
Yaralı kişi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.