Bakının Nərimanov rayonu ərazisindəki yanğında xəsarət alan şəxs xilas olunub. Bu haqda bu gün, 21 may tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Rayon ərazisində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki qəfəsində quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 1 p.m kabel yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xilasedicilər tüstü ilə dolmuş mənzildən bir nəfəri çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Binadakı mənzillər alovdan mühafizə olunub, yanğın söndürülüb.
Daha öncə, bu gün oxşar hadisə baş verib. Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın zamanı tüstülənmiş mənzildən 64 yaşlı Cəmil Nəzərov FHN əməkdaşları tərəfindən xilas edilib.