Bakıda döyülmə faktı qeydə alınıb. Hadisə Nizami rayonunda baş verib. Bu haqda Report, bu gün, 28 fevral tarixində xəbər verib.
Rayon ərazisində yerləşən “Nirvana” restoranında 44 yaşlı Abdurrahman Kəskin Kamil Əlixanov və onun oğlu Əlixan Əliyev tərəfindən döyülüb.
A.Kəskinin polisə müraciətindən sonra faktla bağlı araşdırma başlayıb.