Paytaxtın Səbail rayonunda köşkdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Coşqun Güləhmədov adıçəkilən rayonda yerləşən köşkdən 1600 AZN dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilindiyinə görə Nəsimi rayonu ərazisində saxlanılıb.
Onun barəsində araşdırma aparılır.