Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 10 may tarixində APA məlumat verib.
“KİA” markalı avtomobili idarə edən taksi sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks yola çıxıb və beton maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
[caption id="attachment_43706" align="alignnone" width="800"]
Foto Apa-nın rəsmi saytı[/caption]