Bakıda bağ ərazisində yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Xətai rayonunda bağ ərazisində ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Bu zaman 1 nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.