Bakıda və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb. Bu haqda 4 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nərimanov rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Allahverdiyev saxlanılıb. Onun üzərində 1 kiloqram 65 qram heroin aşkar edilib.
Daha bir narkotacir Gəncə şəhərində yaxalanıb. Əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini E.Abbasov saxlanılıb. Axtarış zamanı ondan 71,89 qram metamfetamin və 1004,26 qram heroin aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.