Bakıda və respublikada narkotik dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyatlar keçirilir. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son 45 gün ərzində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 3 mütəşəkkil dəstə, yəni 45 nəfər saxlanılıb, ümumi dəyəri 4 milyon AZN olan 42 kiloqram heroin, 68 kiloqram marixuana, 22 kiloqram metamfetamin və tiryək, eləcə də 700 ədəd metadon, tramadol həbləri və 1 ədəd odlu silah aşkarlanıb.
Təkcə saxlanılan son dəstə üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırovdan 48 kiloqram marixuana, heroin və metamfetamin götürülüb. Onlar narkotikləri İrandan qanunsuz yolla gətirərək ölkə ərazisində satırdılar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam edir.