Bakıda narkokuryer saxlanılıb. Hadisə Nərimanov rayonunda baş verib. Bu haqda APA 6 yanvar tarixində xəbər verib.
Xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev polis tərəfindən saxlanılıb. Axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilib.
İzini itirmək məqsədilə tez-tez yaşadığı ünvanları dəyişən Allahverdiyev sonuncu dəfə Nərimanov rayonunda satış məqsədi ilə heroin əldə edərkən tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.