Bakıda tibb müəssisəsindən oğurluq olunub. Bu haqda 25 dekabr tarixində APA xəbər verib.
Nizami rayonunda dekabrın 22-də tibb müəssisələrinin birindən 14 ədəd kompyuter və 2 monitor oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S. Mehdiyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.