Səbail rayonunda xarici vətəndaşın pulunu və sənədlərini oğurlayan şəxslər saxlanılıblar. Bu haqda 15 dekabr tarixində APA məlumat yayıb.
Naməlum şəxslər dekabrın 14-də əcnəbi vətəndaşın pul qabını oğurlayıblar. Onun içərisində 1200 manat pul, bank kartı və sənədlər olub. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəni törədən Ağstafa rayon sakini R.Bukavadze, əmisi oğlu M.Bukavadze və Yevlax rayon sakini A.Bəkirov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.