Bakıda yük avtomobili yanıb. Bu haqda BakuPlus Fövqəladə Hallar Nazirliyinə istinadən 21 yanvar tarixində xəbər verir.
Paytaxtın Suraxanı rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.