Paytaxtın Qaradağ rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektrik lövhəsində 20 ədəd elektrik sayğacı yanıb.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.