Səbail rayonunda piyada 20 qəpiyə görə özünü ölümə atıb. Bu haqda 21 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Bakıda özünü təhlükəyə atan piyadanın hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Belə ki, Bayıl qəsəbəsində yolu keçən piyada əlindən yerə düşən qəpiyi götürmək üçün qəfildən dayanıb. Görüntünü qeydə alan avtomobilin hərəkət sürəti aşağı olduğu üçün sürücü vaxtında dayanaraq təhlükənin qarşısını alıb.