Paytaxtın Nərimanov rayonunda avtomobil yaşlı qadını vurub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
74 yaşlı Surəya Rüstəmova metropolitenin “Koroğlu” stansiyası yaxınlığında avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.