Bakının Yasamal rayonunda yataqxananın binasında yanğın baş verib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanğın beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsinin mətbəxində baş verib. 52 nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi alovdan mühafizə olunub, yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.