Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən evlərdən birinin qarşısından 3000 manat dəyərində velosiped oğurlanıb.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.