Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində, Neon və Milord şadlıq saraylarının qarşısındakı dairədə inəklər otarılır. Bunu sübut edən görüntüləri Lent.az yayıb.
Şəkillər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri əmindirlər ki, mal-qara hərəkətin sıx olduğu yolda sürücülər üçün təhlükədir.
Hazırda inəklərin kimə məxsus olduğu və yerli hakimiyyət orqanlarının hansı tədbirləri görəcəyi məlum deyil.