Bakıda bu gün, 13 iyul səhər saatlarında iki piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda Report məlumat verib.
Suraxanı rayonunda 29 yaşlı Elvin İbrahimli yolu keçərkən onu motosiklet vurub.
Sabunçu rayonunda baş verən digər hadisədə avtomobil 50 yaşlı Səfa İmanovanı vurub.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisələr araşdırılır.