Bakıda 4-5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda BakuPlus.az Bakupost.az-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində səhər saat 10 radələrində baş vermiş zəncirvari qəzada 4-5 avtomobilə ciddi ziyan dəyib.
“Opel” markalı avtomobil “Chevrolet” markalı maşına çırpılıb. Toqquşma nəticəsində avtomobillər qarşıdakı maşınlara da çırpılaraq ağır yol qəzası yaradıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar yoxdur.