Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hadisə Kənar dairəvi yolun 5-ci kilometrində baş verib. Qəza nəticəsində Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.