Bakı-Quba yolunda avtomobil dərəyə aşıb. Bu haqda bu gün, 6 mart tarixində APA məlumat verib.
Hadisə yolun 21-ci kilometrində baş verib. “Mercedes” markalı, 90-DU-996 dövlət nömrə nişanlı avtomobili idarə edən Pərvin Mənsiyev sükana nəzərəti itirərək qəzaya uğrayıb.
Sürücü yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.